“Bakı-2015”-in badminton yarışlarında iştirak edəcək estoniyalı cütlük beynəlxalq turnirdə birinci yeri tutub
Estoniyalı badmintonçular Kristin Kuba və Helina Rütel “Bakı-2015” ilk Avropa Oyunlarına qalib kimi gələcəklər.

Riqada keçirilən “Yonex” beynəlxalq turnirində qadınlar arasında cütlüklərin yarışında birinci yeri tutan K.Kuba və H.Rütel finalda fransalı Vimala Heriau-Marqot Lambert cütlüyünə 3:0 (20:22, 21:17 və 21:12) hesabı ilə qalib gəliblər. K.Kuba və H.Rütel “Bakı-2015”-in badminton yarışlarında Estoniyanı təmsil edəcəklər.

Bundan əlavə, Bakıya litvalı Akvil Stapusaitit və sloveniyalı İztok Utroşa da gələcəklər. Hər iki idmançı Latviyanın paytaxtında favorit hesab olunsalar da, evlərinə qələbə ilə dönə bilməyiblər. İ.Utroşa kişilər arasında fərdi yarışın finalında rusiyalı Sergey Siranta məğlub olub. A.Stapusaitit isə qadınlar arasında fərdi mübarizədə rusiyalı Anastasiya Çervyakovaya uduzub.

Xəbər 1649 dəfə oxundu.