"Prezident kuboku" turnirində yığmamızın oyunlarının təqvimi | |
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku”turnirində iştirak edəcək. "Prezident kuboku" turnirində yığmamızın oyunlarının təqvimi Tbilisidəki toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. “Prezident kuboku” turnirində yığmamızın keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq: 22 iyun Belarus – Azərbaycan 23 iyun Rusiya-2 – Azərbaycan 25 iyun Gürcüstan – Azərbaycan |
|
Xəbər 838 dəfə oxundu. |
|
|