Real Verrattiyə görə 40 milyon təklif etdi
Madrid Realı Marko Verrattinin transfer edilməsi üçün cəhdlərini davam etdirir. Bu barədə La Gazzetta dello Sport məlumat verib.

Məlumata görə kral klubu futbolçuya görə 40 milyon avro təklif edib. Verrattinin özünə isə 4 illik müqavilə təklif ediləcək.Lakin İspaniya nəhənginin transferi reallaşdırmaq şansı yüksək deyil. Belə ki, PSG futbolçunu satmaq fikrində deyil.

Yarımmüdafiəçinin alınmasını komandanın yeni baş məşqçisi Rafael Benites tələb edir.

Xəbər 717 dəfə oxundu.