Tural Hümbətov yığmaya dəvət olunub
İyunun 2-dən 9-dək Bakı şəhərində, iyunun 10-dan 16-dək isə Danimarkanın Kopenhagen şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Almaniyanın “Borussiya” (Münxenqladbax) klubunun üzvü Bilal Sezer zədəli olduğu üçün toplanışda iştirak etməyəcək. Onun əvəzinə yığmaya “İnter” klubundan Tural Hümbətov dəvət olunub.

Xəbər 886 dəfə oxundu.