Pauerliftinq idman növü üzrə Azərbaycan təcrübəsi öyrənilir
Pauerliftinq Paralimpiya idman növləri içərisində çətin, cəlbedici və geniş tamaşaçı kütləsinin marağına səbəb olan idman növü kimi tanınır. Bu idman növü ölkəmizdə geniş yayılmaqla sürətli inkişaf etmiş, idmançılarımız mötəbər yarışlarda yüksək nəticələr əldə etmişlər.

BƏƏ-nin Abu-Dabi Zayed Humanitar yardım və xüsusi qayğı klubunun pauerliftinq idman növü üzrə baş məşqçisi Fazil Mekki öz idmançısı ilə bu sahədə Azərbaycan təcrübəsini öyrənmək məqsədi ilə bir ay müddətinə Azərbaycana səfərə gəlmişlər. Onlar Sumqayıt Paralimpiya idman Kompleksində Azərbaycan Paralimpiya Komitəsinin bu idman növü üzrə milli komandasının idmançıları ilə birlikdə təlim məşq toplantısında iştirak etməklə yanaşı, Azərbaycanın bu sahədə olan təcrübəsini öyrənəcəklər.

29 may 2015-ci il tarixdə Milli Paralimpiya Komitəsinin ofisində Fazil Mekki ilə birinci vitse prezidenti Natiq Qasımov və baş katib Afiq Süleymanov arasında görüş olmuşdur. Görüşdə Azərbaycanda Paralimpiya hərəkatı haqqında geniş məlumat verilmiş, pauerliftinq idmanı sahəsində fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunmuşdur.

Xəbər 862 dəfə oxundu.