Nataliya Jukova Avropa Çempionu oldu
Mayın 19-da Çakvidə (Gürcüstan,Acarıstan M.R) start götürən qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatı dünən yekunlaşıb. 19 ölkədən 99 (53 qrossmeyster) şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər - Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Nərmin Kazımova, beynəlxalq ustalar-Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ustalığa namizədlər-Aydan Höccətova, Xanım Balacayeva, Nərmin Məmmədova, həmçinin Nərmin Söyünlü və Aysel Məmmədova təmsil edirdilər.

İsveçrə sistemi ilə 11 turdan ibarət keçirilən Çempionatın qalibi aktivinə 9.5 xal yazan Ukrayna təmsilçisi Nataliya Jukova oldu.2-ci yerə 9 xalla Nino Batsiaşvili, 3-cü yerə isə 8 xal toplayan Alina Kaşlinskaya çıxdı.Təmsilçilərimizdən ən yaxşı nəticəni Xəyalə Abdulla göstərib.Xəyalə aktivinə 6 xal yazaraq 31-ci pillədə qərarlaşıb. Ülviyyə Fətəliyeva, Nərgiz Umudova Səbinə İbrahimova və Nərmin Kazımova 6 xal ,Zeynəb Məmmədyarova,Günay Məmmədzadə,Gülnar Məmmədova 5.5 xal,Nərmin Məmmədova 5 xal, Xanım Balacayeva 4.5, Aydan Höccətova 3.5 xal, Aysel Məmmədova və Nərmin Söyünlü 3 xal toplayıblar.

Çempionatın əsasnaməsinə görə ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanıblar.

Xəbər 832 dəfə oxundu.