Bayıl stadionunda brifinq olacaq
Xəbər verdiyimiz kimi, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib.

Bayıl stadionunda brifinq olacaq
Seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edəcək. Məşqlər ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopherin rəhbərliyi ilə keçiriləcək.
İyunun 2-də Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Bakcell şirkətinin Baş marketinq direktoru Maria Toychevanın iştirakı ilə brifinq keçiriləcək. Brifinq saat 11:00-da başlayacaq.

Xəbər 839 dəfə oxundu.