Qadınlar arasında Avropa Çempionatının başa çatmasına 2 tur qaldı
Çakvidə keçirilən qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatının başa çatmasına 2 tur qaldı.

9-cu turda həmyerlilərimiz, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva üz-üzə gəliblər.Görüş heç-heçə ilə nəticələnib.Bu turda digər heç-heçələr Xəyalə Abdulla və İtaliya şahmatçısı Olqa Zimina , Nərmin Məmmədova və Rusiyalı Svetlaana Matviyeva arasında qeydə alinıb. Zeynəb Məmmədyarova və Almaniya təmsilçisi Filiz Osmanoca qarşılaşması isə Məmmədyarovanın qələbəsi ilə yadda qalıb.Səbinə İbrahimova yerli şahmatçı Meri Jorjolianini məğlub etməyi bacarıb.Nərmin Kazımova Gürcüstanlı Nino Xomeriki üzərində,Nərgiz Umudova isə İtaliyalı Alissia Santeramo üzərində qələbə qazanıb. 9-cu turda Gülnar Məmmədova Rusiya təmsilçisi Alisia Qalliamovanın müqavimətini qıra bilməyib. Günay Məmmədzadə, Aydan Höccətova və Aysel Məmmədova bu turda aktivlərinə xal yaza bilməyiblər.

9 turdan sonra Nino Batsiaşvili 8 xalla liderliyini davam etdirir. Xəyalə Abdulla,Zeynəb Məmmədyarova,Nərmin Məmmədova və Nərmin Kzımova 5 xal, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, GülnarMəmmədova , Səbinə İbrahimova və Xanım Balacayeva 4.5 xal , Nərgiz Umudova 4 xal,Aydan Höccətova 3.5 xal, Aysel Məmmədova 2.5 xal toplayıblar.

Xəbər 817 dəfə oxundu.