Bayraqdar “Dəri top” turnirinin qalibi olub
“Neftçi” klubunun 14 yaşadək futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş ənənəvi “Dəri top” turnirinin qalibi olub. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi kollektiv həlledici görüşdə Rusiya təmsilçisini də məğlub edib. Gərgin mubarizədə bakılılar “Sozvezdiye” komandasının qapısına 1 dəfə yol tapıblar. Yeganə qolu Əli Şirinov vurub.

Qeyd edək ki, “Neftçi” bunadək Riqanın “Şitika” futbol məktəbinin komandasını 7:2, Qazaxıstanın “Merke” klubunu 3:0, Belarusun “Muxavets” kolllektivini 4:0 hesabı ilə, Ukraynanın Lvov şəhərinin futbol məktəbinin komandasına isə penaltilərlə 1:1 (5:4) qalib gəlmişdi.

Xəbər 1022 dəfə oxundu.