Çimərlik futbolu idman növü üzrə zona yarışı keçirilib
"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində çimərlik futbolu idman növü üzrə zona yarışı keçirilib.

“Amburan” istirahət mərkəzinin çimərlik futbolu meydançasında keçirilən zona yarışında Bakı şəhəri üzrə 12 rayonun komandaları birincilik uğrunda mübarizə aparıblar.

Komanda hesabında I yeri Nəsimi, II yeri Binəqədi, III yeri Qaradağ rayonlarının komandaları tutublar.

Qaliblər nazirliyin diplom və medallarına layiq görülüblər.

Xəbər 859 dəfə oxundu.