Topaz Premyer Liqasının bombardiri mükafatlandırıldı

Topaz Premyer Liqasının 2014/2015 mövsümünün bombardiri “Bakı”nın hücumçusu Nurlan Novruzov olub. Başa çatan mövsümdə hamıdan çox – 15 dəfə rəqib qapılarına yol tapan gənc hücumçu az öncə yekunlaşan “Qəbələ” – “Bakı” (3-0) matçının ardından mükafatına qovuşub.

Bəstəboy bombardirə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Musayev gənc futbolçuya gələcək karyerasında uğurlar arzu edib.


Xəbər 747 dəfə oxundu.