Olimpiya qızıl medalçısı və beş dəfə dünya çempionu Katie Taylor Bakı 2015 Oyunlarında adını tarixə yazmağı planlaşdırır
İrlandiyanın Olimpiya çempion boksçusu Katie Taylor Bakı Avropa Oyunlarının veb səhifəsi üçün hazırlanmış video çarxda Bakı 2015 Oyunlarında adını tarixə yazmaq planını açıqlayıb.

Xanım Taylor qadınların boks tarixində ən çox medalı olan idmançıdır və London 2012 Avropa Oyunlarında qızıl medala sahib olduqdan sonra qabaqcıl Olimpiya çempionudur. 28 yaşlı idmançı beş ardıcıl Dünya Çempionatını, altı ardıcıl Avropa Çempionatını və beş Avropa Birliyi Çempionatının qalibi olub və adını tarixə yazmaq üçün Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını digər bir imkan hesab edir.

Xanım Taylor dedi: “Bu ilk Avropa Oyunları olmaqla çox tarixi bir yarış olacaq və siz, həqiqətən də, bundan daha böyük nailiyyət əldə edə bilməzsiniz.

“Mən, doğrudan da, belə mötəbər yarışda öz ölkəmi təmsil etmək, yarışmaq və boks üçün gözləyə bilmərəm. Bu, tam bir fürsətdir və mənim adımı tarixə yazmaq üçün digər imkanım var.”

Xanım Taylor bildirdi ki, Bakıda mübarizə aparmaq unudulmaz olacaq: “İdman haqda çox biliyə sahib olan və eləcə də, belə güclü boks komandasına malik olan ölkəyə getmək hər zaman möhtəşəmdir. Bilirəm ki, Kristal Zalda ab-hava heyranedici olacaq.”

Bundan başqa, Olimpiya çempionu ona da aydınlıq gətirdi ki, onun Bakı 2015 Oyunlarında yalnız bir məqsədi var: “Bizim hamımız qızıl medala sahib olmaq üçün ordayıq, lakin yalnız bir nəfər qızıl medalla ilk pilləyə yüksələcək və mən həmin şəxs olmağı planlaşdırıram.

Biletlər Bakı şəhərində 12 rahat məkanda yerləşən bilet satış mərkəzlərindən (o cümlədən, Park Bulvar, 28 Mall və Metro Park Baku) birbaşa və ya www.baku2015.com/tickets veb səhifədən onlayn şəkildə əldə edilə bilər.

Xəbər 768 dəfə oxundu.