“Topaz” 45 oyun təklif edir
Bu gün “Topaz” öz müştərilərinə 45 oyun təklif edir. İdman.com.az saytının məlumatına görə, bunların arasında futbol üzrə 28 ekspress, 1 təkli və basketbol üzrə 16 ekspress oyun yer alıb.
Futbol proqramı əsasən Avropa ölkələrinin milli kubokları və 2-ci liqalarına həsr edilib.

Bu gün “Topaz” öz müştərilərinə İspaniya Kuboku çərçivəsində “Real” – “Barselona” matçına xüsusi oyun açıb və bu oyunda əlavə olaraq, “İlk qolun vaxtı?”, “İlk qolu hansı komanda vuracaq?”, “Qırmızı kart sayı?”, “11 metrlik cərimə zərbəsi” kimi mərclər yer alıb.

Əlavə olaraq, “Topaz” proqramında, basketbol həvəskarları üçün Avropa Basketbol Kuboku və Amerika Basketbol Liqası oyunları açılıb.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 1046 dəfə oxundu.