Ukraynanı birinci Avropa Oyunlarında təmsil edəcək oxatanların adları məlum olub
“Bakı-2015” birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarında Ukraynanı təmsil edəcək idmançıların adları məlum olub.

Bu ölkəni kişilər arasında keçiriləcək oxatma yarışlarında Georgi İvaniskiy, Markian İvaşko, Viktor Ruban, qadınlar arasında isə Veronika Marçenko, Anastasiya Pavlova, Lidiya Siçenikova təmsil edəcəklər.

Birinci Avropa Oyunlarının kamandan oxatma yarışları iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək. Yarışlarda 128 oxatan mübarizə aparacaq.

Xəbər 2175 dəfə oxundu.