Pirallahı qəsəbəsinin girişində birinci Avropa Oyunları ilə bağlı xüsusi plakatlar hazırlanıb
Pirallahı rayonu ərazisindəki Qala-Pirallahı magistral yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək gözəl kompozisiyalar yaradılıb.

Bu “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində görülən işlər sırasındadır. Bundan əlavə, rayonun qəsəbələrində birinci Avropa Oyunlarına həsr olunmuş xüsusi plakatlar hazırlanıb, Pirallahı qəsəbəsinin girişində isə böyük panno quraşdırılıb.

Ümumilikdə isə tərtib olunmuş cədvələ uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradırlar.

AZƏRTAC

Xəbər 925 dəfə oxundu.