Birinci Avropa Oyunları ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin “qaynar xətt”i fəaliyyət göstərəcək
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) birinci Avropa Oyunlarının operativ işıqlandırılması məqsədilə növbətçilik rejimində fəaliyyət göstərəcək.

Bu barədə qərar BŞGİBİ-nin rəisi Raqif Abbasovun sədrliyi ilə Baş İdarədə keçirilən ümumi yığıncaqda qəbul edilib.

İclasda Oyunların gedişi, əsas nəticələrlə bağlı ictimaiyyətin məlumatlandırılması üçün “qaynar xətt”in yaradılması qərara alınıb. Bununla bağlı işçi qrup formalaşdırılıb.

Bu barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək.

Xəbər 904 dəfə oxundu.