"Kəpəz" "Rəvan"ın oyunçusunu transfer etmək istəyir
Qarşıdakı mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" heyətinə birinci diviziondan oyunçu qatacaq. Gəncə təmsilçisi Ceyhun Cavadovu transfer etmək istəyir.
"Rəvan"ın heyətində aparıcı oyunçulardan olan Cavadov hazırda "Kəpəz"in transfer siyahısındadı.

Şahin Diniyev "Rəvan"da baş məşqçi olduğu müddətdə də, Cavadov etibar etdiyi oyunçulardan biridi.

Xəbər 1033 dəfə oxundu.