2012-ci ilin ilk sayı nəşr olundu!
Gənclər və İdman Nazirliyinin eyniadlı idman bülleteninin 2012-ci il üçün ilk sayı nəşr olunub. Nəşrin bu sayında ötən ay ərzində ölkəmizdə baş vermiş əsas idman hadisələri, Azərbaycan Rspublikasının prezidenti İlham Əliyevin idmanla bağlı tədbirlərdə iştirakı, imzaladığı sərəncamlar öz əksini tapıb.

Bülletendə həmçinin, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar, Gənclər və İdman Nazirliyinin 2011-ci ilin yekunlarına əsasən elan etdiyi ən yaxşı 10 idmançı və digər nominasiyaların qalibləri haqda məlumatlar əks olunub.

Qeyd edək ki, Azərbaycan idmançılarının 2011-ci il ərzində qazandıqları uğurlar barədə xüsusi olaraq Gənclər və İdman Nazirliyinin nəşrə hazırladığı hesabat da işıq üzü görüb.

www.idman.com.az-ın oxucuları bülletenin elektron variantını saytımızın "Bülletenlər" bölməsindən yükləyib oxuya bilərlər.

Xəbər 1665 dəfə oxundu.