Akif İsmayılov: Stadionun üstünün bağlanmasına başlanılıb
“İşlər davam edir. Hər şey yüksək səviyyədədir”. İdman.com.az saytının məlumatına görə, bu açıqlamanı apasport.az-a Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Sentyabrın sonlarından təmirə bağlanan ölkənin ən böyük arenasında işlər qrafikə uyğun davam etdirilir. Artıq söküntü işlərinin yekunlaşdığı məkanda beton tökmə və bərkitmə işləri görülür. Arenanın direktoru stadionun üstünün örtülməsi işlərinə də başladıqlarını qeyd edib: “Hələlik çirkli işlər görülür. Materiallar gətirilib. Stadionun üstünün bağlanmasına başlanılıb. Koreyadan gələcək 200 nəfər Bakıya çatdıqdan sonra işlər sürətləndiriləcək. Onların yanvarın 20-dək gələcəkləri gözlənilir”.

Xəbər 1157 dəfə oxundu.