Portuqaliya millisi “Dalğa Arena”da hazırlaşacaq
Çimərlik futbolu üzrə Portuqaliya milli komandası Bakı-2015 Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq. Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki “Dalğa Arena”nın çimərlik futbolu meydançasını ayırıb.

Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.

Xəbər 862 dəfə oxundu.