Azərbaycan-Serbiya oyununu avstriyalı hakimlər idarə edəcək
İyunun 7-də Avstriyanın Pölten şəhərindəki “NV Arena”da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu avstriyalı FIFA referiləri idarə edəcək.

Oyunun baş hakimi Harald Lechner olacaq. Ona həmyerliləri Andreas Heidenreich və Roland Riedel kömək edəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Manuel Schüttengruber yerinə yetirəcək.

Qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xəbər 807 dəfə oxundu.