Voleybolçularımızın oyunu Türkiyə və ukraynalı hakimə tapşırıldı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Çempionatının təsnifatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə keçirəcəyi oyunu idarə edəcək hakimlərin adı bəlli olub. Komandamızın qitə birinciliyinə vəsiqə uğrunda həlledici görüşündə türkiyəli İlhami Şənyurt və ukraynalı Alim Batyuk ədaləti təmin etməyə çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan - Slovakiya qarşılaşması mayın 23-də keçiriləcək. Voleybol Mərkəzində baş tutacaq görüşün start fiti saat 18:00-da çalınacaq. Tərəflərin cavab oyunu isə bir həftə sonra səfərdə keçiriləcək.

Xəbər 783 dəfə oxundu.