“Xəzər Lənkəran”ın 2 futbolçusu məşqlərə qatılmayıb
Antalyada hazırlıqlara başlayan “Xəzər Lənkəran” klubu 2 legionerin xidmətindən yararlana bilmir. İdman.com.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın syerra-leoneli yarımmüdafiəçisi Julius Vobayla rumıniyalı müdafiəçi Andrey Mureşan toplanışa qatılmayıb.

Bununla belə, Mureşanın yaxın 2 gündə komandanın düşərgəsinə qoşulacağı bildirilir. Amma ondan fərqli, Vobayın Antalya toplanışına qatılmayacağı istisna deyil. Buna səbəb kimi, onun Türkiyəyə viza almaq problemi ilə üzləşməsi bildirilir.

Xəbər 857 dəfə oxundu.