“Rabitə” qalib gəlsə də, lider ola bilmədi
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının qrup mərhələsinin oyunları başa çatıb. İdman.com.az saytı xəbər verir ki, VI turda “Rabitə” klubu səfərdə “Myulhaus”un qonağı olub. İlk matçda olduğu kimi, sözü gedən görüşdə də ölkə çempionumuz yaxşı təsir bağışlayıb və rəqibini çətinlk çəkmədən məğlub edib – 3:0.

Digər oyunda “Fənərbağça” rəqib meydanda Almaniyanın “Dresdner” klubunu məğlub edərək (3:1), “B” qrupunu lider kimi başa vurub. Xala gəldikdə, həm “sarı-lacivərdlər”, həm də “Rabitə” eyni nəticə göstəriblər – 15. İstanbullular set hesabına görə komandamızı ustələyiblər.


“B” qrupu

“Myulhauz” (Fransa) – “Rabitə” (Azərbaycan) – 0:3 (16:25, 20:25, 17:25)
Hakimlər: Fabrizio Saltalippi (İtaliya), Mario Bernaola (İspaniya)

Xəbər 929 dəfə oxundu.