Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq,beynəlxalq qrossmeyster Qədir Hüseynovun indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa Çempionu - 2009,2013-cü illər,həmçinin 2 dəfə Avropa Çempionatında 3-2-ci yerlər (2007-2011-ci illərdə ) Dünya Kubokunda iştirakına razılıq verib.

Xatırladaq ki, Sentyabr ayının 10-dan oktyabrın 06-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcəkdir. Dünya Kubokunda 128 zəka sahibi birincilik uğurunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov,Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov,Vasif Durarbəyli və Qədir Hüseynov təmsil edəcəklər.



Xəbər 698 dəfə oxundu.