Xavi ucbatından İspaniya Futbol Federasiyası reqlamentdə dəyişiklik edir
İspaniya Kral Futbol Federasiyası (RFEF) Barselonanın istəyini nəzərə alaraq reqlamentində dəyişiklik etmək qərarına gəlib.
Reqlamentə əsasən İspaniya çempionatının qalibinə kubok yeni mövsümün əvvəlində təqdim edilir. Lakin bu dəfə RFEF kuboku mayın 23-də Barselonanın Deportivo ilə oyunundan sonra təqdim edəcək.

Məlumata görə RFEF bu addımını Xaviyə hörmət mənasında atıb. 35 yaşlı futbolçu mövsümün sonunda Barselonadan gedir.

Xəbər 749 dəfə oxundu.