Abdulla Qədimbəyli "Dünyanın Gənc Ulduzları"beynəlxalq şahmat turnirində iştirak edir
Mayın 19-da Kirişidə (Leninqrad vilayəti,Rusiya) Van Somovanın xatirəsinə həsr olunmuş 20 yaşadək yeniyetmələr arasında “Dünyanın Gənc Ulduzları” beynəlxalq şahmat turniri start götürüb.Turnirdə ölkəmizlə yanaşı Rusiya, Almaniya, Gürcüstan, İsrail və Belarusiyadan 12 zəka sahibi iştirak edir. Azərbaycanı bu yarışda Abdulla Qədimbəyli təmsil edir.Turnir dairəvi sistem üzrə 11 turdan ibarət keçirilir və mayın 30-da başa çatacaq.

Xəbər 866 dəfə oxundu.