İqor Mitreski: Qarşılaşma bərabər səviyyədə keçdi
"Neftçi"nin futbolçusu İqor Mitreski Almaniya "Dinamo"su ilə matç barəsində klubun rəsmi saytına danışıb. İdman.com.az-ın məlumanıta görə, müdafiəçi görüşün bərabər keçdiyini qeyd edib: "Təlim-məşq toplanışında ilk oyun həmişə çətin olur. Rəqibimiz olan "Dinamo" da güclü komandadır.

Qarşılaşma bərabər səviyyədə keçdi. 1 qol oyunun taleyini həll etdi. İkinci hissədə baş məşqçimiz gənclərə şans verdi. Məncə onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. İnanıram ki, yaxın gələcəkdə bu futbolçular "Neftçi"nin əsas heyətinin üzvlərinə çevriləcəklər".

Xəbər 886 dəfə oxundu.