U-21-in oyununun tarixi dəyişdirilib
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının səfərdə Farer adaları komandası ilə keçirəcəyi oyunun tarixi dəyişdirilib. Qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 15-də deyil, iyunun 17-də keçiriləcək.

“Toftir” stadionunda təşkil olunacaq oyun yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Xəbər 791 dəfə oxundu.