Güləş üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının birinci gününün qalibləri müəyyənləşib
Mayın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayıb.

Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcələrində 115 pəhləvan yarışıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kamran Pənahov (42 kq), Zaur Nuriyev (46 kq), Həsən Məmmədli (50 kq), Xancavad Məcidzadə (54 kq), Kənan Cəfərov (58 kq) və Ramin Cəfərov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın keçirilməsində əsas məqsəd ölkədə güləşin təbliğinə və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Çempionata mayın 21-də yekun vurulacaq.

Xəbər 1062 dəfə oxundu.