Qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatı
Mayın 19-da Çakvidə (Gürcüstan,Acarıstan M.R) qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatı start götürüb. 19 ölkədən 99 (53 qrossmeyster) şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər - Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Nərmin Kazımova, beynəlxalq ustalar-Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ustalığa namizədlər-Aydan Höccətova, Xanım Balacayeva, Nərmin Məmmədova, həmçinin Nərmin Söyünlü və Aysel Məmmədova təmsil edəcəklər.

Çempionatın əsasnaməsinə görə ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanacaqlar. Yarış isvecrə sistemi ilə 11 turdan ibarət keçiriləcək və mayın 31-də başa çatacaqdır.

Xəbər 774 dəfə oxundu.