“Bakı-2015” ilk Avropa Oyunları: İdman tarixinin yeni mərhələsi” layihəsinə yekun vurulub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov rayon gənclər və idman idarəsinin, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Bakı-2015” birinci Avropa Oyunları: İdman tarixinin yeni mərhələsi” layihəsinə yekun vurulub.

Layihənin bağlanış mərasimində Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, İctimai Birliyin baş katibi Ağamir Ağamirov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və rayonun fəal gəncləri iştirak ediblər. Layihənin keçirilməsində məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliği, gənclərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana cəlb edilmələri olub.

On gün ərzində davam edən layihə çərçivəsində rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində tədbirlər keçirilib. Layihədə mindən çox gənc iştirak edib.

Xəbər 711 dəfə oxundu.