Pereyra Rəhimovanı üstələdi | |
Avropa Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Azərreyl” (Azərbaycan) – “Tomis” (Rumıniya) görüşünün ən yaxşı voleybolçusunun adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Bakı klubunun üzvləri - Polina Rəhimova və Paulino De Souza Pereyra hərəyə 16 xal toplasa da, braziliyalı legionerimiz matçın qəhrəmanı seçilib. “Azərreyl”in 3:0 hesabı ilə qalib gəldiyi oyunda digər voleybolçularımıza gəlincə, Oksana Kovalçuk 11, Hizer Erin Brun 8, Jennifer Tamas 6, Odina Əliyeva 3, Nutsara Tomkom və Oksana Parxomenko hərəyə 2 xal qazanıblar. “Tomis”in heyətində isə Katsiarina Zakreuskaya və Yovana Vesoviç bombardir olublar. Onlar hərəyə 12 dəqiq zərbə vurublar. Qeyd edək ki, bundan öncəki turlarda Rəhimova ən yaxşı seçilib. |
|
Xəbər 1079 dəfə oxundu. |
|
|