Hakimlərin növbəti seminarı keçirildi
Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib. Avropa Karate Federasiyası (EKF) Hakimlər komissiyasının sədri Primoz Debenak rəhbərliyi ilə 16-17 may tarixlərində seminarda beynəlxalq və milli dərəcəli hakimlərimiz iştriak ediblər.

Nəzəri və praktiki seminarın ardından, 18 may tarxində hakimlər Bakı Kristal zalında Avropa Oyunlarının Karate üzrə test yarışını idarə ediblər.

Xəbər 754 dəfə oxundu.