Messi rekordun 2 addımlığındadır
İspaniya çempionatında qələbə Barselonanın futbolçusu Lionel Messi üçün karyerasında 24-cü titul olub.

Beləliklə də 27 yaşlı futbolçu daha 2 titul əldə etməklə Madrid Realının əfsanəsi Alfredo Di Stefanonu (25) keçərək tarixdə ən titullu argetinalı ola bilər.

Hazırda 3-cü yerdə Lesterdə oynayan 23 titullu Esteban Kambyasso qərarlaşıb.

Xatırladaq ki, Messi bu mövsümün sonunda artıq 1-ci pilləyə yüksələ bilər. Belə ki, qarşıda Barselonanın İspaniya kuboku və çempionlar liqası finalı var.

Xəbər 809 dəfə oxundu.