Boks üzrə dünya birinciliyinə start verilib
Çin Xalq Respublikasının Taypey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə start verilib. Yarışda ölkəmizi məşqçi Ilham Alimcanovun rəhbərliyi altında 3 boksçu təmsil edir. Turnirin ilk günündə 51 kq çəki dərəcəsində mübarizə aparan Viktoriya İsmayılova rinqə çıxıb. Boksçumuz rusiyalı Qeluisa Qaliyevaya uduzaraq, yarışdan kənardan qalıb – 0:3.

Aliyə Vəlizadə isə (54 kq) ilk görüşdə qələbə qazanıb. Milli komandamızın üzvü almaniyalı Mendi Berqi məğlub edib – 3:0. Həmyerlimiz 1/8 finalda irlandiyalı Nataşa Loqanla üz-üzə gələcək. Yarışa mayın 23-də yekun vurulacaq.

Xəbər 878 dəfə oxundu.