Prosineçki və futbolçular media təlimində iştirak edib
“Bakcell” şirkətinin, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı AFFA-nın və PFL-in dəstəyi ilə Bayıl Arenada “Azərbaycanda Futbol Jurnalistikasına Dəstək” layihəsi çərçivəsində gənc jurnalistlər üçün təlim keçirilib. 2 gün davam edən təlimdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və futbolçular Vüqar Nadirovla Qara Qarayev mediaya dəstək məqsədilə qonaq qismində iştirak ediblər.

Ətraflı fikir mübadiləsinin aparıldığı təlimdə baş məşqçi və futbolçular media ilə əlaqələrindən danışıblar, təcrübələrini bölüşüblər. Sonda təlim iştirakçıları xatirə şəkli çəkdiriblər.

Xəbər 789 dəfə oxundu.