Böyüklər arasında stolüstü tennis üzrə TOP-12 reytinq turniri başa çatıb
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə ”Şüa” İdman-Sağlamlıq kompleksində keçirilən böyüklər arasında TOP-12 reytinq turniri başa çatıb.

Kişilərin yarışında birinci yeri Ramil Cəfərov, ikinci yeri Fərhad İsmayılov, üçüncü yeri isə Cəfər Cəfərzadə tutub. Qadınların yarışında qızıl medalı Çjou Çui qazanıb. Rüfət Quliyeva və Denq Simenq müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.

Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları təqdim edilib.

Xəbər 858 dəfə oxundu.