Boks üzrə Avropa birinciliyinə start verilib
Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə start verilib. Yarışda 27 ölkənin 220 boksçusu qələbə uğrunda mübarizə aparır. Komandamız baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında qitə birinciliyində 12 idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə iki boksçumuz rinqə çıxıb. 70 kq çəki dərəcəsində çıxış edən Səid Məlikov moldovalı Vadim Riciuç üzərində qələbə qazanıb – 3:0. Məlikovun 14 finaldakı rəqibi litvalı Lukas Petrauskas olacaq.
Məhəmməd Abdullayev də (+80) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz Belarus nümayəndəsi Dmitri Traianovu 1-ci raundda texniki nokautla məğlub edib.

Milli komandamızın üzvü ¼ finalda rumıniyalı Emanuel Konstantin Mikanla qarşılaşacaq.Bu gün milli komandamızın heyətində Bəxtiyar Qazıbəyov rumıniyalı Viorel Marian Fikiu, Orxan Həsənov italiyalı Kristian Qasparri, Seyidrza Sadıqov gürcüstanlı Otar Naveriani, Niyaməddin Allahverdiyev türkiyəli Ünal Kalkışım, Kənan Əliyev isə irlandiyalı Zak Patriklə üz-üzə gələcək.

Xəbər 1061 dəfə oxundu.