Avropa Oyunlarının Karate üzrə test yarışı keçiriləcək
18 mayda Kristal zalda Bakı 2015 1-ci Avropa Oyunlarının Karate üzrə test yarışı keçiriləcək.
Bu məqsədlə oyunların təşkilat komitəsinin nümayəndəsi - texniki-əməliyyatlar meneceri Ana-Maria Stratu test yarışının təlimatı ilə milli komanda üzvlərini tanış edib. Test yarışında Azərbaycan karateçiləri ilə birgə təlim-məşqlərə gələn Kanada milli komandasının üzvləri də iştirak edəcək.
İdmançılar, məşqçilər, hakim və federasiya personalı test yarışları ilə bağlı onları maraqandıran suallara ətraflı cavab alıbar.

Xəbər 908 dəfə oxundu.