Emil Mpenza yenidən “Neftçi”də
Emil Mpenza yenidən “Neftçi”nin düşərgəsinə qatılıb. İdman.com.az saytı xəbər verir ki, komandadan ayrıldığı açıqlanan belçikalı futbolçu bu gün Almaniya “Dinamo”su ilə keçirilmiş matçda forma geyinib.

Baş məşqçi Böyükağa Hacıyev forvardı 2-ci hissədə meydana buraxıb. Emil Mpenza artıq bir müddətdir özünə yeni klub axtarır. Onun Belçikanın “Standard” və “Vesterlo” klublarından təklif aldığı deyilir. Lakin o, hələ ki, heç kiminlə anlaşmayıb. Görünür, təcrübəli futbolçu “Neftçi”də qalacaq.

Xəbər 899 dəfə oxundu.