Şahniyarov Səməd Nəbi oğlu
Şahniyarov Səməd Nəbi oğlu 21 dekabr 1939-cu ildə Tovuz rayonunda anadan olub.
1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1978-ci ildə isə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirib. 1957-ci ildən əmək fəaliyyətinə təlimatçı vəzifəsindən başlayıb. İdman sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1970-ci ildən Gəncə şəhərinin Güləş Federasiyasının sədri, hal-hazırda isə Gəncə Cüdo Federasiyasının sədri vəzifəsində çalışır. 1976-cı ildə sərbəst güləş üzrə “SSRİ İdman ustası” dərəcəsini alıb. “Beynəlxalq dərəcəli hakim”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb. Əmək veteranıdır.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1996 dəfə oxundu.