Rostislav Pevtsov Dünya Kubokunun gümüşünü qazanıb
Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən Dünya Kubokunun gümüşünü qazanıb.

Həmçinin Rostislav Olimpiya Oyunlarına vəsiqə almaq üçün öz aktivinə reytinq balları yazıb.

Xatırladaq ki, bu idmançının ilk uğur deyil - ötən ildə o Meksikada Panamerika Kubokonun gümüş medalını, Asiya Kuboku və Macarıstanda keçirilmiş Dünya Kubokunda 2-ci olub. Cari mövsümə Pevtsov Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunun qızılını qazanıb.

Xəbər 795 dəfə oxundu.