Ramiz Məmmədov: İranda vurduğum 5 qol qeydə almayıb.
"Dünya durduqca, statistikada yenilənmə olacaq. Kimisi bizdən irəli gedib, kimisə geri qalacaq". İdman.com.az saytının məlumatına görə, bu sözü qol.az-a açıqlamasında “Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədov deyib. Mütəxəssis bildirib ki, Beynalxalq Futbol Tarixi və Statistikası Federasiyası onun İran çempionatında vurduğu 5 qolunu qeydə almayıb.

"Fikrimcə, vurduğum qolların sayı 64 yox, 70-dən yuxarı olmalıdır. Sadəcə olaraq, onlar İran çempionatının yüksək liqasında vurduğum topları siyahıya almayıblar. Lakin bununla belə, Azərbaycanın adını yaxşı mənada təmsil etdiyim üçün fəxr edirəm. Gələcəkdə bu uğurları gənc futbolçularımıza arzulayıram".

Xəbər 1141 dəfə oxundu.