Paralimpiyaçılarımız Seulda 2 medal qazandı
Azərbaycan paralimpiyaçıları Seulda keçirilən Ümumdünya Oyunlarında daha iki qızıl medal qazanıblar. Yüngül atletika yarışlarında iştirak edən Elçin Muradov birinci yeri tutub.

İdmançımız uzunluğa tullanma yarışlarında hamıdan yaxşı nəticə göstərib(6,09m). 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında isə Azərbaycan atleti Dmitri Saley Oyunların baş mükafatını qazanıb (1.08, 36 san).

Ümumi hesabda idmançılarımız Seul Ümumdünya Paralimpiya Oyunlarında 6 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Bütün medal qazanan idmançılar "Neftçi İdman Klubu"nu təmsil edirlər.

Xəbər 772 dəfə oxundu.