"Neftçi" Rauf Əliyevlə müqaviləni pozdu
“Neftçi” Rauf Əliyevlə müqaviləyə xitam verib. Paytaxt təmsilçisi transferə çıxarılan 3 futbolçusundan biri olan hücumçunun müraciətini nəzərə alaraq onunla bağlanmış müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Nəticədə 26 yaşlı futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, Əliyev “Neftçi”yə qış fasiləsində keçmişdi. O, “ağ-qaralar”ın heyətində 11 çempionat və 2 kubok oyununda meydana çıxıb.

Xəbər 724 dəfə oxundu.