"Xəzər-Lənkəran"ın yay-hazırlıq planı məlum olub
"Xəzər Lənkəran"ın yay hazırlıq planı böyük ölçüdə bəlli olub. Komanda növbəti mövsümə Türkiyənin Nevşehir şəhərinin Kapadokya bölgəsində hazırlaşacaq.
"Xəzər Lənkəran" səfərə böyük ehtimalla iyunun 28-də çıхacaq. Təlim-məşq toplanışı 21 və ya 28 gün davam edəcək.

Yeni futbolçular da komandaya Türkiyədə qoşulacaq. Komanda bu müddətdə bir neçə yoхlama oyunu keçirəcək.

Qeyd edək ki, Kapadokya 60 milyon il əvvəl vulkan püskürməsi zamanı ətrafa yayılan lava nəticəsində yaranıb. Kapadokyanın daхil olduğu Nevşehir İç Anadoluda yerləşir. 568 kv km-lik şəhərin 128 min əhalisi var.

Xəbər 732 dəfə oxundu.