Azərbaycan paralimpiyaçıları İBSA dünya oyunlarında daha iki medal qazanıblar
Azərbaycanın paralimpiya milli komandası Koreya Respublikasının paytaxtı Seulda İBSA dünya oyunlarında uğurlu çıxışını davam etdirir.

Yarışın üçüncü günündə - mayın 13-də 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında 53,22 saniyə nəticə ilə idmançımız Dmitriy Saley qızıl, qalibdən 01,05 saniyə geri qalan milli komandamızın digər üzvü Raman Saley isə gümüş medal qazanıb.

Turnirdə 400 metr məsafəyə qaçış yarışlarında 49,57 saniyə nəticə ilə idmançımız Elmir Cəbrayılov qızıl medala sahib olub.

Mayın 18-də yekun vurulacaq yarışlarda iştirak edən milli komandamız 4 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

Xəbər 773 dəfə oxundu.