Milan bir neçə futbolçunu sataraq Emerini komandaya gətimək üçün pul hazırlayır
Milan bir neçə futbolçunu sataraq əldə etdiyi məbləğlə Sevilyanın baş məqşçisi Unai Emerini komandaya gətirməyə cəhd göstərir.
Klub satılan futbolçulardan əldə edilə biləcək 100 milyon avronu baş məşqçinin ixtiyarına vermək fikrindədir.

Milan təmsilçisi Robinyo , De Yonq , Esyen , Passini , Muntari , Mekses və Boneranı satmaqla ən azı 35 milyon avro məvaciblərdə qənaət edə bilər.
Onlardan başqa klub Aqassi , Sapata , Rami , Aleks və Albertassini də sata bilər. Məlumatı İtaliyanın Tuttosport qəzeti yayıb.

Xəbər 733 dəfə oxundu.