"Barselona" dörd il ərzində ilk dəfə Çempionlar Liqasının finalına çıxdı
Bu gün “Bavariya” ilə “Barselona” qarşılaşıb.

Münhendə keçirilən cavab yarımfinal oyunu 3:2 hesabı ilə başa çatıb. İspaniyanın futbol klubu “Barselona” Almaniyanın "Bavariya"sına Çempionlar Liqasının səfər matçında uduzdu, amma iki oyunun nəticəsinə görə turnirin finalına çıxdı.

Qeyd edək ki, ilk görüş Barselonada İspaniya klubunun xeyrinə 3:0 hesabı ilə başa çatmışdı.

"Barselona" 2011-ci ildən ilk dəfə finala yüksəlib və İspaniyanın "Real", İtaliyanın "Yuventus” klubu arasında qarşıdurma qalibi ilə qarşılaşacaq.

Final oyunu iyunun 6-da Berlinin Olimpiya stadionunda keçiriləcək.

Xəbər 733 dəfə oxundu.